Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstirahət günləri hava necə olacaq?

İstirahət günləri üçün hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Böyük və Kiçik Qafqazda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Sentyabrın 1-də gündüz bəzi rayonlarda yağışda fasilə olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu dağətəyi rayonlarda 19-23, dağlıq rayonlarda 15-18 dərəcə isti təşkil edəcək.

Lənkəran-Astara bölgəsində qeyri-sabit, yağışlı hava şəraiti sentyabrın 1-i günün ikinci yarısınadək davam edəcək. Yağışın arabir leysan xarakterli olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26, dağlıq rayonlarda 16-20 dərəcə isti təşkil edəcək.

Qazax-Gəncə zonasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i və sentyabrın 1-i gündüz saatlarında yağışda fasilə olacaq. Arabir güclənən mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti təşkil edəcək.

Aran rayonlarında hava şətraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-i axşam, sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə arabir güclənən mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Naxçıvan MR-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Avqustun 31-də günün ikinci yarısında və sentyabrın 1-də havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 23-28 dərəcə isti təşkil edəcək.

Bakıda isə avqustun 31-də hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Avqustun 31-i günün ikinci yarısında və sentyabrın 1-də hava əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 21-26 dərəcə isti təşkil edəcək.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »