Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tələbənin çəkdiyi şəkillərdən aşkar edilən adaları Rusiya öz torpaqlarına qatdı - Foto

Rusiya donanması 3 il əvvəl dəniz akademiyası tələbəsinin çəkdiyi şəkildən aşkarladığı 5 kiçik adanı torpaqlarına qatdı.

Bizimyol.info xarici mediaya istinadən xəbər verir ki, Şimal Buzlu okeanının peykdən çəkilən şəkillər nəticəsində aşkar edilən adaları rəsmi olaraq Rusiya xəritəsinə daxil edilib.

Buzlaqlar 1

Belə ki, 900 kvadrat metrdən 54.500 kvadrat metr arasında dəyişən buzlaqların əriməsi nəticəsində meydana gələn adalar dəniz akademiyası tələbəsi Marina Migunovanın peykdən çəkdiyi şəkillər nəticəsində aşkarlanıb.

Marina Migunova Vilka adı ilə tanınan Nansen buzlaqları altındakı Novaya Zemliya adalarınının bir parçası olan sözügedən adaları 2016-cı ildə Sankt-Peterburqdakı Admiral Makarov Akademiyasında oxuyarkən tapıb.

Tələbə buzlaqlar

Qeyd edək ki, fərqlənmə diplomu ilə mükafatlandırılan Marina Migunova Şimal Donanmasında okeanoqrafiya mühənddisi kimi fəaliyyət göstərir. O avqust ayının 27-də dəniz komandası ilə bu adalara gedib.

Aləmdə

Son xəbərlər
Bütün xəbərlər »