Bizimyol.info xəbər verir ki, avqustun 27-də KFC restoranlar şəbəkəsi bli "Beyond Meat" toyuq naqqets və qanadlarını təqdim edib.
Müştərilər restoran açılmamış növbəyə dayanıblar və bir neçə məhəllədə bu növbələr davam edib. Restoran rəhbərliyi verdiyi hesabatda süni toyuq ətindən hazırlanan məhsulun 5 saat içində tükəndiyini yazsa da, nə qədər gəlir əldə etməsi barədə məlumat verməyib. Bircə o bildirilib ki, 5 saat ərzində satılan yeni məhsulun həcmi KFC-nin həmin mağazasında bir həftəlik satış miqdarı qədər olub.
İlhamə