Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada satışa çıxarılan görünməz möhür yarım saata satılıb qurtardı
Yaponiyada ictimai nəqliyyatda cinsi qısnamaya məruz qalanlara qarşı araşdırma xaraketerli möhürlər satışa çıxarılıb.

Bizimyol.info xəbər verir ki, Yaponiya ictimai nəqliyyatında cinsi qısnamaya məruz qalanlar üçün satışa çıxarılan görünməz möhürlər yarım saatda bitib.

Gün işığında gözlə görünməyən mürəkkəbli möhürlər yalnız infraqırmızı işıq altında bilinir. Qısnama zamanı qarşı tərəfin əlinə çəkilən möhürü su ilə yuduqda təmizlənir.

Möhür Shachihata Inc. adlı şirkəti tərəfindən istehsal olunub. Şirkət sözçüsü Fumihiro Mukai CNN-ə verdiyi açıqlamada bildirib ki, möhürün yaranma fikri sosial şəbəkələrdə başlatdıqları bir kampaniya əsnasında meydana çıxıb. Sözçü bu qədər maraqla qarşılanacağını gözləmədiklərini bildirib.

Aləmdə

Son xəbərlər
Bütün xəbərlər »