Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avqustun 31-nə olan hava proqnozu

Bakıda və Abşeron yarımadasında avqustun 31-də arabir yağış yağacağı gözlənilir. Gündüz yağış tədricən kəsiləcək. Mülayim şimal-şərq küləyi əsəcək.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, havanın temperaturu Abşeron yarımadasında gecə 18-20, gündüz 21-25, Bakıda gecə 18-20, gündüz 23-25 dərəcə isti təşkil edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Atmosfer təzyiqi normadan aşağı 761 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.

Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında avqustun 31-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə bəzi şimal və şərq rayonlarında yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz ayrı-ayrı rayonlarda yağış tədricən kəsiləcək. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-20, gündüz 22-27, dağlarda gecə 9-14, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »