Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amazon meşələrində meymun əti ilə qidalanan altıbarmaqlılar qəbiləsi - Foto

Xuaorani qəbiləsinin 4 min nəfər üzvü var . Cənubi Ekvadorun cəngəlliklərində yaşayırlar. Meymun, qaban, ağaclardakı böcəklər, qurdlar və tutuquşu əti onlar üçün delikotes hesab olunur.Ovladıqları heyvanları od üzərində bişirib yeyirlər.

Ovçuluq alətləri ox, böyük qamış boruların ucundakı zəhərli iynələrdir ( üfürərək atəş açırlar). Çılpaq gəzirlər, nadir hallarda cinsi orqanlarının üstünə yarpaqdan hazırladıqları örtük vurular.Çılpaq gəzmək onlara daha rahatdır, çünki meymunların ardınca ağaclara dırmanmalarına paltar mane olur.

Ağaclara dırmanmaqdan ayaqları formasını dəyişib, bütün qəbilə insanlarının ayaqlarının altı düz, barmaqları çox qısa və eyni zamanda əl barmaqları kimi funksionaldır.Qəbilədə demək olar ki, hamı altıbarmaqlıdır.Dilləri heç bir başqa qəbilənin dilinə bənzəmir.Qadınlar bəzək üçün qulaqlarında böyük deşik açmağı sevirlər. Bu deşiklər o qədər böyükdür ki, içərisinə yumruq sığa bilir.

Britaniyalı fotoqraf Pit Oksford bir müddət bu qəbilə ilə birlikdə yaşayaraq onların həyat tərzi ilə yaxından tanış olub. Pitin dediyinə görə, qəbilə insanları onu mehriban qarşılayıblar.

“Xuaorani qəbiləsi təbiətlə harmoniyada yaşayan meşə insanlarıdır. Bu gün onların ənənəvi mədəniyyəti sivil dünyaya qarışmasa da yaxın zamanda qarışa bilər. Çünki turistlərə açıqdırlar. Mən yer üzündə bu kimi qəbilələrin silinib getməsini istəməzdim. Müasir dünya ilə paralel yaşayan daş dövrünü izləməklə tarixi təkamülə işıq tutmaq olar. Bu qəbilədə ailə həyatı var. Lakin qadınlar da , kişilər də istədikləri vaxt partnyorlarını dəyişə bilərlər, bu qısqanclıqla qarşılanmır, normal qəbul edilir. Maraqlıdır ki, onlar arasında cinsi yolla yayılan heç bir virus xəstəliyi mövcud deyil. Alimlr bunun onların xarici dünyaya qapalı olması ilə əlaqəli olmasını düşünürlər. Mən onların arasında olanda ehtiyatla rəftar edirdim. Çünki ən adi bir qriplə onlar arasında qorxunc epidemiyanın başlamasına səbəb ola bilərəm. Cəngəllikdə nə ədər güclü olsalar da sivil dünyanın mikroblarına qarşı immunitetləri yoxdur”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »