Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Trampla görüşə bilmədiyi üçün səfirə əsəbiləşdi

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin xaricdəki səfirlərinin işini bəyənmir.

"Qraparak" nəşri yazıb ki, N.Paşinyan xüsusən Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyanın fəaliyyətindən narazıdır.

Nəşrin məlumatına görə, Paşinyan avqustun 27-də Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşündə deyib ki, səfirlər ölkə iqtisadiyyatı üçün heç bir iş görmürlər.

"Səfirlər nə investisiya cəlb edirlər, nə də digər dövlətlərlə iqtisadi əlaqələri inkişaf etdirirlər",-deyə Baş nazir bildirib.

O, Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersisyana qəzəblənib. Nəşrin mənbəsi bildirib ki, buna səbəb səfirin Paşinyanın ABŞ rəhbərliyi, xüsusilə də Prezident Donald Tramp və ya dövlət katibi Mayk Pompeo ilə görüş təşkil edə bilməməsidir.

Qeyd edək ki, Ermənistanın yeni hakimiyyəti hələ də ABŞ rəhbərliyi ilə görüşməyib. N.Paşinyan və Xarici İşlər naziri Zohrab Mnatsakanyan bir neçə dəfə ABŞ rəhbərliyi ilə görüşə cəhd etsə də, qarşı tərəf buna məhəl qoymayıb.

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
Son xəbərlər
Bütün xəbərlər »