Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Üzünə göz yaşardıcı qaz vurub pullarını alıblar

Nizami rayonunda quldurluq hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Mayıl Səmədov prospektlə hərəkət edərəkən naməlum şəxs ona yaxınlaşıb və əlindəki göz yaşardıcı qazı onun üzünə püskürüb.

Daha sonra naməlum şəxs M. Səmədovun cibində olan 2800 ABŞ dollarını götürərək qaçıb.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə cinayət işi başlanılıb.

Son xəbərlər
Bütün xəbərlər »