Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təzə sevgili köhnə problemləri həll etmir – Araşdırma

Yeni münasibətlər hələ hər şeyin sıfırdan başlaması demək deyil. Təzə sevgili köhnə problemləri həll etmir.

Bizimyol.info xəbər verir ki, Albert Universitetinin psixoloqları belə qənaət ortaya qoyub. Mütəxəssislər 554 nəfər arasında sorğu keçirəndən sonra bu fikri qətiləşdiriblər. Onlar söylənilənləri incələyərək münasibətləri yetərincə araşdırıblar.

Araşdırma zamanı intim yaxınlığın tezliyi, dərəcəsi, qarşılıqlı etibar məsələləri nəzərə alınıb. Məlum olub ki, bütün münasibətlər eyni xətti cızır. Əvvəlcə ehtiras və heyranlıq yüksək olur, zamanla azalır. Heç bir halda yeni münasibət əvvəlkinin ağrılarını unutdurmur.

Xüsusilə bal ayından sonra eyni ssenari təkrarlanır. Siz həmin adamsınız, ona görə də yeni heç nə baş vermir. Emosiyalar əvvəlcə çox parlaq görünür, sonra tamamilə bozarır.

Son xəbərlər
Bütün xəbərlər »