Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qarabağ" ardıcıl 6-cı dəfə qrup mərhələsinə vəsiqə qazanıb

"Qarabağ" komandası 5-ci dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi buna pley-off mərhələsində Şimali İrlandiya "Linfild"ini iki oyunun yekununda üstələyərək nail olub. Belfastdakı ilk matçda 2:3 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı cavab görüşündə qələbəyə nail olub - 2:1. Hesabı 6-cı dəqiqədə Xayme Romero açıb. 88-ci dəqiqədə Abdullah Zubir "Qarabağ"ın ikinci qolunu vurub.

"Linfild" uzatma dəqiqələrində təsəlli qolunu vurub. İki oyunun yekununda topların fərqi bərabər olsa da, "Qarabağ" səfərdə daha çox qol vurduğu üçün mərhələ adlayıb.

Qeyd edək ki, "Qarabağ" 6-cı dəfə avrokuboklarda qrupa yüksəlib. Bunların birində Azərbaycan klubu Çempionlar Liqasında çıxış edib.

Paylaş »
››› Ölkə sərt karantinə doğru gedir, qapanma olacaq
››› Keçmiş deputatın prokuror oğlu qaydanı pozdu - Video
››› İsa Məsih kimi qeybə çəkilən nazir və Allahın ümidinə qalan xəstələr
››› Almanlar Türkiyə dronlarına heyran qalıb: “Azərbaycanın hücumlarından şok olduq”
››› Münaqişə zonası: Rusiya intensiv zərbələr endirir
››› Bu dəfə Ukrayna Rusiyanı “boşaya” biləcəkmi...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »