Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
UEFA ən yaxşıları açıqladı

UEFA Çempionlar Liqasında ötən mövsümün mövqeylər üzrə ən yaxşı futbolçuları açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, turnirin ən yaxşı qapıçısı "Liverpul"un braziliyalı qolkiperi Alisson Beker seçilib.

Ən yaxşı müdafiəçi adına "qırmızılar"ın digər üzvü Vircil van Dayk layiq görülüb. O, eyni zamanda ilin ən yaxşı futbolçusu seçilib.

Ötən mövsüm "Ayaks"da çıxış etmiş Frenki de Yonq ən yaxşı yarımmüdafiəçi olub.

"Barselona"nın ulduz futbolçusu Lionel Messi isə ötən mövsüm ÇL-də ən yaxşı hücumçu seçilib.

Son xəbərlər
Bütün xəbərlər »