Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səmədov futbola qayıtdı

İyulun 30-da futboldan getdiyini bildirən Rusiya milli komandasının azərbaycanlı futbolçusu Aleksandr Səmədov karyerasını bərpa edib. Onun sentyabrın 7-də yenidən meydana çıxacağı gözlənilir.

Bizimyol.info xəbər verir ki, Səmədov Rusiyanın dördüncü divizionunda çıxış edən “Znamya”nın formasını geyinəcək. Klub milli komandanın keçmiş oyunçusunun adını iştirak ərizəsinə yazıb.

“Znamya” həvəskar klub sayılır. Səmədov uzağa getməyəcək, Moskva ətrafında yerləşən Noqinsk təmsilçisində oynayacaq. “Znamya” sentyabrın 7-də “Vityaz”la üz-üzə gələcək.

Aleksandr axırıncı dəfə “Krılya Sovetov”da çıxış etmişdi. Bundan əvvəl paytaxt klublarının - “Lokomotiv”in, “Dinamo”nun, “Moskva”nın və “Spartak”ın futbolçusu olub. Rusiya milli komandasında keçirdiyi 53 oyunda 7 qol vurub.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »