Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya 50 il sonra necə görünəcək: Sualtı yollar, kosmosda məzuniyyət...

“Sualtı yollar, uçan skeytlərlə yarışlar, kosmosda məzuniyyət – 50 il sonra bunlar adi şeylər olacaq”, - “The Daily Mail” belə yazır. Qəzet texnologiyanın gələcəyini bu cür görür.

Bizimyol.info xəbər verir ki, “The Daily Mail” dünyanın 50 il sonrakı mənzərəsi haqda yazıb. Proqnozlar arasında insan orqanlarının kütləvi istehsalı da var. Qəzet “Samsung”un sifarişi ilə elm adamlarının hazırladığı hesabata istinad etdiyini bildirir.

“Samsung”un hesabatına görə, artıq 2069-cu ildə Böyük Britaniyadan Avropaya və digər bölgələrə boruşəkilli sualtı ictimai nəqliyyat olacaq. Sərnişinləri yüksəksürətli konteynerlər daşıyacaq. Bir çox ölkələr arasında məsafə bir neçə saata enəcək.

Gözləntilərdən biri də şəhər nəqliyyatı ilə bağlıdır. Tıxacları aradan qaldırmaq üçün uçan taksilər və avtobuslar dövriyyəyə buraxılacaq. Yüksək atmosfer qatlarında uçacaq raketlərin insanları Londondan Nyu-Yorka yarım saata çatdıracağı gözlənilir.

Hesabatı hazırlayanlar britaniyalılardan arzularıyla bağlı sorğu da götürüb. Fikri soruşulanların 63 faizi evi təmizləyən robotlar olmasını istəyib. Bundan başqa, insan orqanizminə nəzarət edəcək implatantlar və uşan taksilər, avtobuslar daha çox arzulanır.

“The Daily Mail” yazının sonunda gözlənilən yenilikləri rəqəmlərlə sıralayıb: 1. Yuxarıda qeyd olunan sualtı ictimai nəqliyyat. 2. Yeraltı göydələnlər. 3. Öz-özünə təmizlənən evlər. 4. Məzuniyyəti keçirmək üçün kosmik otellər. 5. 3D-orqanlar. 6. Həşəratlardan hazırlanan ucuz hamburgerlər. 7. Uçan avtobuslar və taksilər. 8. Orqanizmə nəzarət mexanizminə çevriləcək implatantlar. 9. Uçan skeytlərlə yarış. 10. Fiziki iştirak edə biləcəyimiz interaktiv filmlər.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »