Keyt Midlton və Şəhzadə Vilyam övladlarının təhsili üçün nə qədər pul xərcləyəcəyi açıqlanıb.
"Bizimyol.info"nun xarici KİV-ə istinadən məlumatına görə, kral ailələrinin uşaqları 4 yaşından təhsil almağa başlayır. Bu səbəbdən, balaca şəhzadə Corc artıq ikinci sinifə keçir.
Bildirilib ki, şəhzadə "Thomas's Battersea" özəl məktəbində təhsil alır. Bu ildən Corcun balaca bacısı Şarlotta da adıçəkilən məktəbə getməyə başlayacaq.
Corcun illik təhsil haqqı kral ailəsinə 6.429 funta(13.340 azn) başa gəlir. Bacısının təhsil haqqı isə qardaşından bir qədər az olacaq - 6.305 funt (13.083 azn).
"Thomas's Battersea" özəl məktəbin direktoru O'Melli Kraliça Elizabetin nəvələrini öz məktəbində qəbul edəcəyi üçün çox sevincli olduğunu bildirib: "Qardaşından sonra Şarlottanın da məktəbimizə gələcəyinə çox sevinirik. Onları səbirsizliklə gözləyirik".
Adelya