Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezident qanunu pozduğuna görə cərimə olundu

Çilinin Pukon şəhər məhkəməsi ölkə prezidenti Sebastyan Pinyera ilə bağlı qərar çıxarıb. Qərara görə, dövlət başçısı təxminən 6,8 min dollar (4,93 milyon Çili pesosu) cərimə olunub.

Bizimyol.info xəbər verir ki, Çili prezidenti qanunu pozluğuna görə cəzalanıb. O, ev tikərkən normativ qaydaları nəzərə almayıb.

Pinyera evi Kaburqua gölünün kənarında tikdirirmiş. Qanunvericilik işin həyata keçirilməsi ilə bağlı akt qəbulunu nəzərdə tutur. Prezident bu məqamı diqqətdən qaçırıb. Məhkəmə onu məhz buna görə cərimələyib. Hərçənd, ev sökülə də bilərdi. Sadəcə, dövlət başçısı cəriməni tez ödəməklə qalmaqalın böyüməsinə imkan verməyib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »