Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xamneyidən Ruhaniyə xəbərdarlıq

İranda nəşr olunan “Xətti Hizbullah” jurnalı ölkə prezidenti Həsən Ruhaninin “ABŞ sanksiyaları götürsə, Trampla danışıqlara hazırıq” açıqlaması ilə bağlı məqalə dərc edib.

Axar.az xəbər verir ki, jurnalın üz qabığında İranın ali dini lideri Əli Xameneinin ötən ilin avqustunda verdiyi “ABŞ-la müzakirələr qəti şəkildə qadağan olunub. Bu, təkcə prezidentə yox, xarici işlər naziri və XİN-in digər rəsmilərinə də aiddir”, açıqlaması yerləşdirilib.

Digər səhifələrdə də Xameneinin ABŞ-la müzaklirələr barədə hökumətə xəbərdarlıqları xatırladılıb.

Qeyd edək ki, “Xətti Hizbullah” jurnalı Xameneinin ofisi tərəfindən nəşr olunur.

Son xəbərlər
Bütün xəbərlər »