Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşa ABŞ-dan aldığı qazı Ukraynaya da satacaq

Polşa hökuməti ABŞ-dan idxal etdiyi LNG-ni (Liquefied Natural Gas - Mayeləşdirilmiş təbii qaz) qaz halına gətirildikdən sonra Ukraynaya satacaq.

“Report” “Euro-Petrole”yə istinadən xəbər verir ki, bu barəsə Polşa Dövlət Neft və Qaz şirkətilə (PGNİG) “Ukrayna Enerji Ehtiyatları” (ERU) şirkətlər qrupu arasında müvafiq alqı-satqı müqaviləsi imzalanıb.

Müqaviləyə görə, noyabr ayının əvvəllərindən Polşa nəql şəbəkəsinə vurulmağa başlayacaq həmin qaz Hermanoviçe şəhərindəki bağlantı üzərindən Ukraynaya ötürüləcək.

Bununla bağlı PGNİG tərəfindən yayılan məlumatda üç ildir LNG bazarında fəal çalışıldığı, Svinouişü şəhərindəki maye qaz terminalında gələn il 39 maye qaz qəbulunun nəzərdə tutulduğu, bununla bağlı ölkə qaz kəmərlərinin tam gücdə istismar olunduğu qeyd olunur.

Bundan əvvəl Polşa hökuməti qaz nəqli şəbəkəsini Ukrayna ilə birləşdirəcək 2 mlrd. kubmetr nəqletmə gücünə malik yeni kəməri istismara verməyə hazır olduqlarını açıqlamışdı. Bu il mayın 20-də ABŞ-ın energetika naziri Rik Perrinin Ukraynaya səfəri çərçivəsində bu ölkənin prezidenti Vladimir Zelenski və “Naftoqaz” dövlət neft və qaz şirkətinin rəhbəri Andriy Kobolyevlə danışıqları zamanı bu məsələyə də diqqət yetirilmişdi.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »