Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Ermənistan iqtisadiyyatının acınacaqlı vəziyyətini etiraf etdi

Ermənistanın iqtisadiyyat naziri erməni diplomatlarla görüşdə olan zaman ölkə iqtisadiyyatının vəziyyətindən danışıb.

Virtualaz.org xəbər verir ki, “Qraparak” qəzeti iqtisadi vəziyyətdən danışan nazirin kədərləndiyini və diplomatları xaricdən sərmayə axtarmağa çağırdığını yazıb.

“Biz bu gün adambaşına düşən gəlirə görə aparıcı ölkələrdən təxminən 15 dəfə aşağı səviyyədəyik. Məhsuldarlığımız Avropanın hər hansı bir ölkəsinə nisbətən səkkiz dəfə aşağıdır. Avrasiya İqtisadi ölkələrindən isə ən azı iki dəfə. Demək olar ki, bütün sahələrdə iqtisadiyyat oxşar vəziyyətdədir ”, - deyə erməni nazir bildirib.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »