Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid anası turizm şirkətinin onu aldatdığını iddia edir

"Rusiyanın Yessentuki şəhərində yerləşən "Viktoriya" sanatoriyasına müalicəvi tur təşkil edən "Nuray Travel" şirkəti bizi aldadıb".

Bu barədə Bizimyol.info-ya açıqlamasında şəhid anası Paşayeva Şöhrət Rza qızı bildirib.

Şəhid anası deyib ki, onunla yanaşı Fatma Abbasova, Afilə Abbasova, Ramiz Zeynalovu aldadıblar: "Hər birimiz 970 manat olmaqla 3880 manat "Nuray Travel"ə ödəniş etmişik. Nəzərə çatdırım ki bu ödəniş brondan 3 ay qabaq olunub".

Şikayətçi deyib ki, Yessentuki tur paketinin vaxtı iyulun 20-dən avqustun 4-ə kimi idi: "Lakin biz Yessentukiyə çatanda gördük ki, adımıza hoteldə yerlər bron edilməyib və pul köçürülməyib.

"Nuray Travel" şirkəti ilə əlaqə saxladıq. Şirkətdən əvvəlcə sistemdə səhv olduğunu dedilər. Şirkət 2 günün ödənişini etdi. 2 gündən sonra isə ödəniş edilmədi. Yenidən şirkətlə əlaqə saxlanıldı. Şirkətin əməkdaşı ağlamağa başladı və onun aldıdılaraq pulları alıblar".

Şikayətçi olan şəhid anası dedi ki, 4 nəfər təqaüdçü Yessentukidə çarəsiz vəziyyətdə qalıblar: "Biz oraa ortada qaldıq. Borc tapıb ödədik.

Şirkətdən bildirildi ki, Bakıya qayıdanda ödədiyimiz məbləğ geri qaytarılacaq. Amma pularımız geri qaytarılmadı. Məsələ ilə bağlı polisə şikayət etdim".

Məsələ ilə bağlı "Nuray Travel" şirkətindən açıqlamaq almaq mümkün olmadı.

Ramid İbrahimov

Şöhrət Paşayeva

Paylaş »
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Zeynəb Xanlarovanın bacısı oğlu tutulub: Qoca qadınlara qarşı dələduzluq ittihamı - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »