Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cuzeppe Konte İtaliyanını yeni hökumətini formalaşdıracaq

İtaliya Prezidenti Sercio Mattarella Cuzeppe Konteyə yeni hökumətin formalaşdırılmasını tapşırıb.

"Reuters" verdiyi xəbərə görə, bu barədə Prezident Administrasiyasının mətbuat katibi Huqo Zampetti bildirib.

"İtaliya Respublikasının Prezidenti Sercio Mattarella bu gün Cuzeppe Konteni qəbul edib və ona hökumət formalaşdırmaq səlahiyyətini verib. C.Konte bu mandatı qəbul edərək yaxın gələcəkdə nəticələr barədə prezidenti məlumatlandıracağını vəd edib", - deyə mətbuat katibi bildirib.

Xatırladaq ki, avqustun 8-də "5 Ulduz Hərəkatı"və "Birlik" partiyalarından təşkil olunan iqtidar koalisiyası mövcudluğunu dayandırıb. Nəticədə İtaliyanın Baş naziri Cuzeppe Konte istefasını prezidentə təqdim etmişdi.

İtaliya Prezidenti Mattarellanın siyasi partiyalarla məsləhətləşmələrindən sonra onlardan ikisi - "5 Ulduz Hərəkatı" və Demokrat Partiyaları C.Kontenin başçılıq etdiyi Nazirlər Kabinetini dəstəklədiklərini bəyan ediblər.(apa)

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »