Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Komitə sədrinin müavini: "Ölkə əhalisinin 8 faizi dindardır"

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər il Qurban bayramı və Ramazan ayında məscidlərə gələnlərin statistikasını müəyyən etmək istiqamətində iş aparır. Bizim statistikamıza görə, sonuncu Qurban bayramının namazında iştirak edən dindarların sayı təxminən 145-170 min arasındadır".

APA xəbər verir ki, bunu DQİK-nın sədr müavini Gündüz İsmayılov bildirib. Onun sözlərinə görə, respublikada dindarların faizini hesablamaq üçün bir neçə üsuldan istifadə edilir:

"Din sosiologiyası adlı elm var. Həmin elmin bu statistikanın aparılması yanaşmasından istifadə edərək respublikadakı dindarların faizini müəyyən edirik. Bu zaman həmin bayram namazına gələnlərin sayını 5-ə vururuq. Aldığımız rəqəmə görə, ölkə əhalisinin 8 faizi dindardır. Bu isə təbii ki, təxmini rəqəmdir".

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »