Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Formula 1"in icraçı direktoru: "Azərbaycanla müqaviləni yenilədiyimiz üçün şadıq"

“Meksika, Avstraliya və Azərbaycanla müqavilələri yenilədiyimiz üçün şadıq”.

Bunu "Formula 1" Şirkətlər Qrupunun icraçı direktoru Çeyz Keri 2020-ci il mövsümü haqda danışarkən deyib. O, uzunmüddətli strategiyalarının olduğunu vurğulayıb: “Yubiley – 70 illiyimizi qeyd edəcəyimiz mövsümün təqvimində 22 mərhələnin olması "Formula 1"də zirvədir. Bu, bizim üçün önəmlidir və uzunmüddətli strategiyamızı dəstəkləyir. Yeni mövsümün təqvimində debütant - Vyetnamın paytaxtı Hanoy var. Həmçinin Hollandiyanın tarixi Zandvoort trası geri dönüb. Yaxınlarda 1950-ci ildə Silverstoun şəhərində ilk “Formula 1” yarışının keçirildiyi Böyük Britaniya Qran Prisinin təşkilatçıları ilə müqavilənin müddətini uzatdıq. Ən çox – 68 yarışın baş tutduğu Montsa ilə bu yöndə danışıq aparırıq”.

Keri “Formula 1”in 500 milyondan çox azarkeş kütləsi ilə dünyanın ən popluyar idman növlərindən biri kimi qaldığını da diqqətə çatdırıb.

Qeyd edək ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il “Formula One” ilə müqavilənin müddətini 2023-cü ilə qədər uzadıb. Yarış paytaxtda 2016-cı ildən keçirilir. 2020-ci il Azərbaycan Qran Prisi 5 – 7 iyunda olacaq.(report)

Son xəbərlər
Bütün xəbərlər »