Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobilini 800 km/saat sürətlə sürən idmançı qadın öldü - Foto

"4 təkər üzərində ən sürətli qadın" ləqəbli idmançı Cesi Kombs (Jessi Combs) dünya rekordunu yeniləməyə çalışarkən ölüb.

The Sun xəbər verir ki, 39 yaşlı Cesi ABŞ-ın Oreqon ştatındakı Alvord səhrasında dünya rekordunu təzələməyə çalışarkən sürətli avtomobili ilə qəzaya düşüb. O, "North American Eagle Supersonic Speed Challenger" qrupunun nümayəndəsi idi.

Cesi avtomobilini yüksək sürətlə sürdüyünə görə idarəetməni itirib və düşdüyü qəza nəticəsində həlak olub. Axırıncı dəfə ən çoxu 398 mil saat sürətlə hərəkət edən Cesi Kitti Oneilin dünya rekordunu qırmağa cəhd göstərərkən ölüb.

Qeyd edək ki, Kitty O'Neil 1976-cı ildə 4 təkərli avtomobilini 826 km/saat sürətlə idarə edib.(milli.az)

Son xəbərlər
Bütün xəbərlər »