Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Marketoloq özünü brend edib, özünü yaratmaq yolları barədə danışdı

Marketoloq: "Reklam marketinqin bir neçə vasitələrdən biridir və marketinqi reklam adlandırmaq düzgün deyil"

Onunla ilk tanılşığımız çox təsadüfi oldu. Azərbaycan dilində çox səlis hətta bir çox azərbaycanlılardan daha təmiz və düzgün danışması diqqətimi çəkmişdi, heyrətimə cavabı isə daha çox xoşuma gəlmişdi. “Azərbaycan mənim vətənimdir, Azərbaycan dilini bilmək isə borcum. Sevdiyim insanların dilini öyrənmək çətin deyil”. Müsahibim Marketinq üzrə mütəxəssis Vitaliy Biryuçkovdur. Bu gün o Bizimyol.info saytına verdiyi müsahibədə matrketinqin həyatımızdakı rolu barədə müfəssəl məlumat verəcək.

- Vitaliy öncə istərdim özünüzü tanıdasınız.

- Uzun müddət AFB Bank-da çalışmışam, son vəzifəm Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi olub. İndi Bank Of Baku-da Partnyorlarla iş şöbəsinin müdiri vəzifəsində çalışıram. Artıq 10 ildir ki, bank sferasında çalışıram, ailəliyəm, 1 qızım var.

-Marketinq nədir və ölkəmizdə marketinqin səviyyəsi dünya standartlarına cavab verirmi?

-Azərbaycanda reklam və marketinq işləri 90-cı illərin əvvəllərindən vüsət götürdü. Bunlar ilk addım və cəhdlər idi. O zaman bir çox mütəxəssislər planlaşmış iqtisadiyyatda marketinqin ayrı-ayrı elementlərindən istifadənin məqsədəuyğun olduğunu anladılar. Marketinq fıaliyyətində yeni mərhələ ölkəmizin bazar iqtisadiyyatına keçidi ilə əlaqəli idi.

-Bu gün marketinq. Necə xarakterizə edərdiniz?

-Bu gün marketiq bir çoxlarını, o cümlədən praktik düşüncə sahiblərini daha çox maraqlandırır. Marketinq öyrədən müxtəlif kommersiya kursları yaradılıb, bir çox ali məktəblərdə müxtəlif sahələri əhatə edən marketinq mütəxəssisləri yetişdirilir, Marketinq

Assosasiyası yaradılıb. Marketinq bazar fəaliyyətinin metodologiyası kimi böyük əhəmiyyət kəsb etməyə başlayıb. Azərbaycanın müasir iqtisadi inkişaf mərhələsində marketinqin inkişafını bir sıra amillər şərtləndirir.

Birincisi, müəssisə bazara çıxarılır,və bu xüsusi metodların tətbiqini tələb edir.

İkincisi marketinq yalnız bazarın zəngin olması ilə əlaqəli deyil. Əlbəttə bazar normal fəaliyyət göstərirsə marketinq daha effektiv nəticə verəcək. Marketinqin strategiya və taktikası bazarın müxtəlif hallarına ( tam tələbat, həddən artıq tələbat, az tələbat,dəyişən tələbat və s.) uyğunlaşmalıdır.

Üçüncüsü marketinqin istifadəsi daxili bazardakı fəaliyyətlə daha çox bağlı olur. Ona görə ki, bu gün marketinqi yaxı bilmədən, ölkə daxilində əmtəə bazarının formalaşması prosesi olmadan xarici əlaqələr qurmaq olmur. Mahiyyət etibarı ilə daxili və xarici bazarda fəaliyyət vahid prosesin iki tərəfidir. İş həyatının müxtəlif sahələrində marketinq geniş tətbiq edilir. İstehsalat təyinatlı malların bazarında, istehlak bazarında, müxtəlif xidmət sahələrində və s . marketinq özünü göstərir.

Dördüncüsü Aərbaycanda bazar fəaliyyəti yüksək səviyyəyə daxil olduğu üçün marketinq metodologiyasının tətbiqi də nisbi xarakterli olmalıdır. Başa düşmək lazımdır ki, ölkənin inkişaf etmiş bazar iqtisadiyyatına uyğun yüksək səviyyəli marketinq tətbiq etməyin vaxtı gəlib çatıb. Mənə belə gəlir ki, marketinq fəaliyyətində əsas təkalmül yolunu artıq keçmişik həm də qısa müddətdə. Düşünürəm, Azərbaycanda marketinqin səviyyəsi müasir iqtisadiyyatın səviyyəsinə cavab verir.

Vitaliy Biryuçkov 1

-Bankda marketinq nələri əhatə edir?

-Bank marketinqi bank məhsulunun istehsalının planlaşdırılmasını, maliyyə bazarının öyrənilməsini, kommunikasiyanın yaradılmasını, qiymətlərin təyini, bank məhsulunun tanıdılması və irəliləndirilməsi, bank servisi xidmətinin şaxələndirilməsini nəzərdə tutur.

Bank marketinqi prosesinə konkret bank məhsulunu alan müştərinin tələblərini öyrənmək, sektorlar üzrə maliyyə bazarını öyrənmək, reklam, marketinqin planlaşdırılması, informasiya yığımı, marketinq araşdırmaları, bank məhsullarının buraxılması və satışı üzrə planlaşdırma daxildir.

-Bir iş adamı öz marketinqini yaxşılaşdırmaq üçün nə etməlidir?

-Bu ilin ilk yarısında mənə Əli Bədəlov kimi peşəkarla işləmək nəsib oldu. Bu insan qısa müddət ərzində marketinqi düzgün və real şəkildə təqdim etməyi bacarır. Onun marketinqə yanaşmasını çox bəyənirəm. Ə.Bədəlova eyni sualı verdəndə belə bir cavab verdi «marketinqin yaxşılaşdırılması üçün iqtisadiyyatı öyrənmək və başa düşmək lazımdır, eyni zamanda marketinqin rəqəmlərdən ibarət olduğunu unutmamaq, rəqəmləri düzgün hesablamaq lazımdır.», bu cavabdan razılaşmamaq olmaz.

Ən əsası da reklamı marketinq adlandırmaq olmaz. Bunlara diqqət etsəniz öz marketinqinizi yaxşılaşdırımış olacaqsınız.

-Şəxsi həyatımızda marketinqdən istifadə edərək necə uğur qazana bilərik? Bunu hər sadə insan edə bilərmi?

-Marketinqi şəxsi həyatına tətbiq edib nailiyyət qazanmaq üçün mütləq ictimai şəxs, hansısa şirkət təssiçisi və ya yüksək səviyyəli bir şəxsiyyət olmaq lazım deyil.

Proqramçısınız və ya internet marketoloq, hansısa layihə meneceri fərq etməz hər kəz özünü brend etmək haqqında düşünə bilər. Brend insanın hər zaman başqalarından üstünlüyü vardır. Bunu belə izah edim, siz “Jiquli”də gəzmək istəyirsiniz, yoxsa “Bentley”də?.Hər kəs “Bentley”də gəzmək istəyər.

Buna nail olsanız peşəkar olaraq dəyərləriniz və gəlirləriniz yüksələcək, siz axtarmayacaqsınız, siz tapırsınız. Sizə artıq marketinq lazım olmayacaq. Siz özünüz marketinq olursunuz.

Bredninq Afrikada da bredninqdir. Buna görə öz “mən”inizi irəlilətmək üçün aydın marketinq planı laızmdır.

Vitaliy Biryuçkov

-Öz brendini yaratmaq istəyənlərə tövsiyələriniz?

1.Birincisi öz unikallığınızın və əvəzolunmazlığınızın nədən ibarət olduğunu dərk etməlisiniz. Bu vacib amildir. Sizdə başqalarında olmayan nə var? Qiymətləndirməni maksimal dərəcədə obyektiv aparmaq lazımdır. Unikal Ticarət Təklifi (UTT) tərtib edin. Şəxsi UTT-ni nə dərəcədə düzgün tərtib etsəniz, dünyanı fəth etməniz o qədər asan olacaq.

2. Qarşınıza məqsəd qoymalısınız.

SMART metodunu tətbiq etməkdir, yəni məqsəd, konkret ölçülü, əlçatan, fəaliyyət sahənizə uyğun və zaman çərivəsi ilə məhdudlaşdırılmış olmalıdır.

3. Hansı auditoriyanı əhatə etməli olduğunuzu bilməlisiniz. Məhsulunuzu kimlər üçün nəzərdə tutuduğunuz, hansı kütlənin ürəyini fəth etmək istədiyinizi təyin edin. Marketoloq diliylə desək hədəf kütlənizi bilməniz, anlamanız lazım. Onları tanımanız, nələri sevdiklərini bilməniz lazımdır.

4. Media planın tərtibi

Çatmaq istədiyinoz məqsəd və hədəf kütləylə yanaşı hərəkətə keçirməli olduğunuz kanal və alətləri təyin edin. Bunun üçün mütləq TV kanallarını saatlarla məşğul etmək, Harlem Shake oynamaq lazım deyil. Başqa vasitələr də var.

Məslən hansı vasitələr?

1. Öz saytınızı, fərdi bloqunuzu yaradın, orda bilik və bacarıqalarınızı sərgiləyin, uğurlarınızdan bəhs edin, auditoriyanız üçün faydalı materiallar təqdim edin.

2. Sosial şəbəkələrdə aktiv akkauntlar yaradıb izləyicilərlə sıx təmas qurmaq

3. Nüfuzlu resurslarda öz məqalələrinizi dərc etdirmək.

Vebinar, podkastlar keçirmək olar.

4. Unikal informasiya verən çox faydalı kitab yazmaq, fikir adamları və brend insanlarla dostluq etmək. Virus videoçarxı yaratmaq və ya onda rol almaq ( təkcə bir hitin ulduzuna çevrilməmək şərti deyil).

5 . Offlayn olmaq –m aster klaslarda, konfranslarda iştirak

5. Lorenso fon Matterxon metodundan istifadə etmək də bir variantıdr. Getmək istədiyini yolda özünüzə uyğun psevdonimi tapmaq olar. Lazımi effekt əldə etmək üçün bütün bu yolları kompleks şəkildə tətbiq etmək lazım gələcək.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »