Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İki dövlət qurumu fəaliyyətini dayandırır
Drektor  -  Memur

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı (YTP) fəaliyyətini dayandırır.

"APA-Economics"in məlumatına görə, qurumların ləğv olunması yeni yaradılan İnnovasiya Agentliyinin dövlət qeydiyyatından keçməsi ilə əlaqədardır.

Fondun və YTP-nin hazırkı işçi heyəti Agentliyin tərkibində fəaliyyət göstərəcək. Belə ki, 30 avqustda işçilərin əmək müqaviləsinə xitam veriləcək, sentyabrın 2-də isə yeni müqavilələr bağlanacaq.

Qeyd edək ki, Agentlik yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasında yardım göstərən və onların transferini təşkil edən, innovasiya yönümlü elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri (o cümlədən startapları) təşviq edən, onları qrant, güzəştli kredit və nizamnamə kapitalına sərmayə (o cümlədən vençur maliyyələşməsi) vasitəsilə maliyyələşdirən, innovasiya təşəbbüskarlığını təbliğ edən publik hüquqi şəxsdir.

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Rusiyada azərbaycanlılarla ermənilər arasında kütləvi dava olub - Video
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› 67 yaşlı qadın ona hücum edən çaqqalı boğaraq öldürdü - Video
››› Azərbaycana qar yağdı - Foto
Son xəbərlər
Bütün xəbərlər »