Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakının qəsəbələrində və üç rayonda qaz olmayacaq
qaz (1)

Bu gün səhər saat 08:00-dan Bakının Binəqədi rayonu, 6, 7, 8, 9-cu mikrorayonlarda, Rəsulzadə, Xutor və Biləcəri qəsəbəsinin bir hissəsində, Motodrom ərazisində qaz təchizatı dayandırılıb.

"Azəriqaz"dan verilən məlumata görə, bu müddət ərzində yeni çəkilmiş orta təzyiqli yeraltı qaz xəttinin mənbəyə birləşdirilməsi işləri aparılacaq.

Saat 09:00-18:00-dək payız-qış mövsümünə nəzərdə tutulan təmir işlərinin aparılması ilə bağlı Saatlı rayonunun bir neçə kəndində də qaz verilişində fasilələr yaranacaq. Eləcə də saat 09:00-dan Hacıqabul və Şirvan şəhərlərinin bir qrup abonentinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu, Qaz İxrac İdarəsinin balansında olan "Astara-Qazıməmməd" magistral qaz kəmərində yeni quraşdırılmış ölçü qovşağının mövcud şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.

Paylaş »
››› İtaliyada virusdan rekord sayda insan öldü
››› Vahid Əhmədov: “Hökumət çörəyin, ətin və şəkərin qiymətini dondurmalıdır”
››› Neftin qiyməti yenə düşdü
››› DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama - Foto
››› Rusiyada koronavirusu müalicə edən dərman hazırlanıb
Son xəbərlər
Bütün xəbərlər »