Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə Nazirliyi: Avtoqəzada xəsarət alanlardan 10 nəfər xəstəxanada qalacaq

Lənkəranda baş vermiş avtoqəza nəticəsində xəsarət alanlardan 10 nəfər xəstəxanada qalacaq, digərləri isə ambulator müalicəyə buraxılır.

APA xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Məlumata görə, qalan 10 nəfərdən ikisi Reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinə yerləşdirilən iki qadından birinin vəziyyəti kritik kimi qiymətləndirilir.

Baş həkimin sözlərinə görə, açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır. Reanimasiya şöbəsində müalicə alan digər qadının diaqnozu qapalı kəllə-beyin travması və qabırğa sınığıdır. Vəziyyəti ağırdır.

Travmatologiya şöbəsində müalicə alan 8 qadının vəziyyəti orta ağır kimi qiymətləndirilir. Həyatları üçün təhlükə yoxdur.

Son xəbərlər
Bütün xəbərlər »