Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kraliça II Yelizaveta parlamentin işinin dayandırılmasına razılıq verib

Böyük Britaniya kraliçası II Yelizaveta ölkədə parlamentin işinin 9-12 sentyabrdan 14 oktyabradək dayandırılmasını rəsmi olaraq təsdiqləyib.

Monarxiya məsləhətçilərinin də daxil olduğu Gizli Şuranın belə bir bəyanatı “Sky News” tərəfindən yayımlanıb.

Buradan belə nəticə çıxır ki, II Yelizaveta “9 sentyabrdan tez və 12 sentyabrdan gec olmayaraq” qüvvəyə minəcək parlament iclaslarının təxirə salınmasına və bunun 14 oktyabradək davam etməsinə razılıq verib. Belə olan halda sentyabrın 3-də yay tətilindən qayıdan deputatlar mövcud qərara reaksiya vermələri üçün cəmi bir neçə günlə kifayətlənməli olacaqlar.

Qeyd edək ki, baş nazir Boris Conson çərşənbə günü parlamentin işinin 14 oktyabradək dayandırıldığını açıqlamışdı.(apa)

Paylaş »
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Ukrayna Rusiyanın Kiyevdəki səfirliyinin baş diplomatına üç gün vaxt verdi
Son xəbərlər
Bütün xəbərlər »