Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Lukaşenko Putinə görə Polşanın dəvətindən imtina etdi"

Belarus Prezidenti Aleksandr Lukaşenko İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü ilə bağlı Polşada keçiriləcək mərasimə qatılmaqdan imtina edib.

Bu barədə “Reçpospolita” qəzeti Polşa hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Polşa Rusiya Prezidenti Vladimir Putinə dəvət göndərməyib, Lukaşenko da bu səbəbdən keçiriləcək mərasimə qatılmaq istəməyib.

Belarus Xarici İşlər Nazirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Qeyd edək ki, rəsmi Varşava Rusiyaya, SSRİ 1939-cu ildə beynəlxalq hüquq normalarını pozduğu üçün dəvət göndərməyib. (Virtualaz.org)

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »