Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İbrahimoviç “Mançester Yunayted”ə qayıtmağa hazırdır

İsveçli hücumçu Zlatan İbrahimoviç yenidən İngiltərədə oynamaq perpektivi haqda danışıb. O, “Mançester Yunayted”ə qayıtmağa hazır olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, “Los-Anceles Qelaksi”də oynayan hücumçu “Mirror”a danışıb. “Mən insan deyiləm, mən şirəm. Və bu şir hələ də güclüdür. Mən rahatca Premyer-liqada oynaya bilərəm. “Mançester Yunayted”ə lazımamsa, gələrəm. Düzdür, indi mənim transfer hüququm “Los-Anceles Qelaksi”dədir və bütün diqqətimi bu komandanın çıxışına yönəltmişəm”, - İbrahimoviç belə deyib.

Zlatan ABŞ çempionatına keçən il getmişdi. Onda hücumçu “Yuventus”da oynayırdı. İndi İbrahimoviç ən sərrast oyunçuların sıralamasında ikinci yerdədir. İsveçli 22 oyunda 22 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »