Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Messi birincidir, Ronaldo ikinci” – məşhur braziliyalı Neymarı ilk üçlükdə görmür

“Barselona”nın və Braziliya milli komandasının keşmiş futbolçusu Rivaldo Neymar haqda danışıb. O, PSJ-nin oyunçusunu dünyanın ən güclüləri sırasında ilk üçlüyə daxil etmədiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Rivaldo Lionel Messini hamıdan güclü sayır. “Messi birincidir, Ronaldo ikinci. Üçüncünün kim olmasını deyə bilmərəm. Dəqiq bilirəm ki, Neymar deyil”, - braziliyalı belə deyib.

Rivaldonun fikrincə, Neymar daha Fransada qalmamalıdır. Onsuz da zədələr üzündən mövsümü boşa verib. Üstəlik, onun PSJ-də oyunu alınmır. Rivaldo ona İspaniyaya qayıtmağı məsləhət görür.

Son xəbərlər
Bütün xəbərlər »