Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın ən zəngin ailələri - Siyahı

Qutseriyevlər artıq beşinci ildir ki, ən zəngin Rusiya ailələrinin reytinqində birinciliyi qoruya bilir.

"RİA Novosti"nin xəbərinə görə, bu barədə "Forbes" jurnalı məlumat yayıb.

"Safmar" qrupunun təsisçisi Mixail Qutseriyev və onun ailəsinin sərvəti bir ilə 320 milyon dollar azalaraq, 5,65 milyard dollar təşkil edib.

Bununla yanaşı, Səid Qutseriyevin kapitalı iki dəfə artıb: yanvarda atası Kiprdəki "Landbury Trading"də olan payını ona ötürüb. "Safmar Maliyyə investisiyaları" holdinqinin aksiyalarının 30,4 faizi bu şirkətə aiddir. Dayısı Sait-Salam isə Səidə neft şirkətlərində və "M.Video" məişət texnikası satışı şəbəkəsindəki payını verib.

"Forbes" siyahısında ikinci yer 5,18 milyard dollarlıq var-dövləti olan Rotenberqler ailəsinə məxsusdur. 2014-cü ildə onların aktivləri Arkadi və Boris qardaşları arasında bölünmüşdü və indikindən 370 milyon dollar çox idi. Sonralar isə qardaşlara qarşı beynəlxalq sanksiyalar tətbiq olunduqda aktivlərin bir hissəsi Arkadinin oğlu İqora və qızı Liliyaya keçib.

Üçüncü yerdə Şaymiyevlər ailəsidir. Tatarıstanın birinci Prezidenti Mintimer Şaymiyevin oğulları Radik və Ayrat regionun ən zəngin sakinləri statusunu saxlamaqdan əlavə, öz kapitalını artıra da biliblər: bir il ərzində onların sərvəti 320 milyon dollar artaraq, 2,8 milyarda çatıb.

Rusiyanın ən zəngin ailələrinin onluğuna, həmçinin, daxildirlər: Qapontsevlər (iki milyard dollar), Yevtuşenkovlar (1,94 milyard dollar), Rəhimqulovlar (1,89 milyard dollar), Linniklər (1,6 milyard dollar), Sarkisovlar (1,6 milyard dollar), Bajayevlər (1,51 milyard dollar) və Mixaylovlar (1,16 milyard dollar).

Nəşr qeyd edir ki, ötən il onluqda olan Məhəmmədovlar, Şalamovlar və Zubitskilərin bu il siyahıya düşmələrinə 1,16 milyard dollar çatmayıb. (Oxu.az)

Paylaş »
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› İntiar etmək istəyən gənc qızı ustalar ixilas edib
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »