Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donbas özünü Rusiyanın deyil, Ukraynanın tərkib hissəsi kimi görmək istəyir

Ukraynanın Donbas bölgəsində yaşayan əhalinin əksər hissəsi Rusiyanın işğal etdiyi və burada yaratdığı oyuncaq “Luqansk” və “Donetsk Xalq Respublika”larını Ukrayna ərazisi kimi qəbul etdiklərini söyləyiblər.

Bu bardə Almaniyanın “Deutsche Welle” saytında məlumat verilib.

Sayt Berlində yerləşən “Şərqi Avropa və beynəlxalq araşdırmalar mərkəzi”nin keçirdiyi sorğunun nəticələrini dərc edib. Buna görə oyuncaq “respublikalar”ın əhalisinin 54,5%-i hələ də bu əraziləri Ukraynanınkı hesab edir. Onlardan yalnız 31%-i Ukraynanın tərkibində muxtariyyat arzulayıb. 23,5%-i isə yenidən Luqansk və Donetsk vilayəti olaraq geri dönməyi istədiklərini ifadə ediblər.

Donetsk və Luqanskı Rusiyanın tərkibində görmək istəyənlərin sayı cəmi 18,3% təşkil edib. 27,3%-i isə Rusiya Federasiyasına muxtar qurum olaraq daxil olmağa üstünlük veriblər.

Donbasın rəsmi Kiyevin nəzarəti altındakı ərazilərində yaşayanlaırn 95%-i vətənləri Ukraynaya sahib çıxıblar. (Musavat.com)

Paylaş »
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Lukaşenkonun Bakı səfəri: Dostluq, yoxsa Rusiyanın “Troya atı”...
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Rusiya şirkəti Zod qızıl yatağındakı Ermənistan vətəndaşlarını işdən çıxarır
››› "Ermənistan Zəngəzur dəhlizi ilə Azərbaycanı tələyə saldığını düşünür"
››› 30 ildir vaqonda yaşayan qazi: “Heç bir dövlət orqanı gəlib qapımı döyməyib” - Foto, Video
Son xəbərlər
Bütün xəbərlər »