Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlər Kabinetinin sənədlərində hüquqi səhvlər var –Ekspertdən açıqlama

“Normativ-hüquqi akta daxil edilən səhv müddəa çox ciddi və mənfi nəticələr verə bilər”.

Bizimyol.info xəbər verir ki, bu barədə Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib.

O, deyib ki, “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli qərarında hüquqa uyğun olmayan müddəa var: “Həmin müddəa belədir: “Ştatdankənar işçilərin əməkhaqqı” paraqrafına təşkilatların daimi ştatında olmayan və mülki-hüquqi müqavilə əsasında işlərin yerinə yetirilməsi üçün cəlb olunan şəxslərə hesablanmış əməkhaqlarının ödənişi ilə bağlı xərclər daxildir”. Yəqin bu sənədi Maliyyə Nazirliyi hazırlayıb. Amma Nazirlər Kabinetində “mülki-hüquqi müqavilə üzrə işlərin yerinə yetirilməsinə cəlb olunan şəxslərə əməkhaqqının ödənişi üçün” ifadəsinin qeyri-hüquqi müddəa olmasını bilməli idilər”.

Ekspert deyib ki, əməkhaqqının anlayışı Əmək Məcəlləsində verilib: “Məcəllədə qeyd olunub: “Əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur”.

Mülki-hüquqi müqavilə ilə işləyənlərə əmək haqqı verilə bilməz axı. Mülki-hüquqi müqavilə ilə işləri və xidmətləri yerinə yetirənlərə ödəniş məsələləri Əmək Məcəlləsi ilə yox Mülki Məcəllə ilə tənzimlənir.

Bu səhv müddəanın tətbiqi hazırda dövlət orqanlarında çalışan və dövlət qulluqçusu olmayan minlərlə işçi ilə bağlanmiş əmək müqaviləsinin ləğv olunması deməkdir”.

Ramid İbrahimov

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »