Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnqilab Keşikçilərinin zabitini İranda snayperlə güllələyiblər

İranda İnqilab Keşikçiləri Korpusunun zabiti öldürülüb. Virtualaz.org xəbər verir ki, bu haqda İsrailin “İsrael Ha Yom” qəzeti sosial şəbəkələrin İran seqmentinə istinadən yazır.

Məlumata görə İnqilab Keşikçiləri Korpusunun zabiti Xalid Şavani Piranşəhrdə öldürülüb. O, İnqilab Keşikçilərinin xarici əməliyyatlar üzrə bölməsinin zabiti olub.

Şavani günün günorta çağı Piranşəhrdə öz maşınına oturarkən onu snayper gülləsi haqlayıb. Bu şəhər İranın şimal-qərbində, İraqla sərhədin yaxınlığında yerləşir. Sosial şəbəkələrdə belə rəylər var ki, zabit “Mossad”ın xüsusi əməliyyatı nəticəsində aradan götürülüb.

“Mossad” mürgüləmir, o yəhudi dövlətinin düşmənlərini dünyanın hər yerində haqlayır”,-sosial şəbəkə istifadəçilərindən biri yazır.

Paylaş »
››› "Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."
››› Daha bir toy yarımçıq qaldı - Video
››› Norveçdə məhbus həyatı: Maraqlı faktlar - Foto
››› Aprelin 12-nə olan hava proqnozu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Krımda 2 azərbaycanlı saxlanılıb
››› Ekspert: “Robert Koçaryanın hakimiyyətə gəlməsi ilə Qarabağ nizamlanmasında vəziyyət dəyişə bilər”
Son xəbərlər
Bütün xəbərlər »