Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pomidor "yağışı" şəhəri qırmızı rəngə boyadı - Foto

İspaniyada təşkil olunan "Pomidor" festivalı bu il də maraqla qarşılanıb.

Bizimyol.info xəbər verir ki, İspaniyada hər il təşkil olunan "La Tomatina" festivalını bu il də həm yerli sakinlər, həm də xarici qonaqlar böyük coşqu ilə qarşılayıblar. İspaniyanın Valencia şəhəri yaxınlığındakı Bunyol qəsəbəsində təşkil olunan festivalda pomidor savaşı rəngli görüntülərlə yadda qalıb.

Avqust ayının son çərşənbəsində təşkil olunan festival hər il olduğu kimi bu il də yüzlərlə turist cəlb edib. Minlərlə insanın qatıldığı festival səhər tezdən qəsəbənin meydanında ətrafa su püskürdülməsi ilə başlayıb. Yük maşınlarına yüklənmiş tonlarla pomidor festivala toplanmış həyəcanlı və maraqlı insanlara tək-tək atıldıqdan sonra şəhər qırmızı rəngə boyanıb.

Rəngli görüntünün yarandığı festivalın sonunda sosial şəbəkələrdə festivalı tənqid edənlər də olub. Onlar İspaniyanın maliyyə problemini, dünyada bir sıra yerlərində hökm sürən aclığı ifadə edərək insanların qidanı belə israf etməsini eqositlik hesab ediblər.

Qeyd edək ki, 1945-ci ildə bir qrup gəncin oğurladığı pomidorları bir-birinə atması ilə başlayan festivalda keçən il 1 saat ərzində 145 ton pomidor istifadə edilib.

Aləmdə

Son xəbərlər
Bütün xəbərlər »