Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sərnişinləri tez-tez yolda qoyan avtobuslarla bağlı rəsmi açıqlama

Sərnişinlər 194 nömrəli müntəzəm marşrut xətti üzrə daşıyıcılardan şikayətçidir.

Bizimyol.info xəbər verir ki, 194 nömrəli marşrut xətti üzrə avtobuslar ictimai nəqliyyat xidmətləri üçün yararsız vəziyyətdədir və və sürücülərin özbaşınalığı bitmir.

Belə ki, 20 dəqiqə intervalla işləyən avtobusların tez-tez xarab olması nəticəsində sərnişinlər yolda qalır.

Avtobuslarda kimyəvi təmizlik-dizinfeksiya işləri aparılmır. Bəzən sərnişinlərlə dolu avtobusu sürücü yanacaqdoldurma məntəqəsinə sürür.

Şikayətlərdən biri də odur ki, 194 nömrəli marşrut xətti üzrə avtobuslar saat 21:00-dan sonra işləmədiklərini elan edirlər.

Bakı Nəqliyyat Agentliyi Bakı Nəqliyyat Agentliyi

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bizimyol.info-ya bildirilib ki, qeyd olunan məsələlərlə bağlı Agentlik müvafiq tədbirlər görəcək: “Artıq xətt üzrə sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcı Agentliyə çağırılıb. Ona nöqsanlaırn aradan qaldırılması ilə bağlı tapşırıqlar verilib. Lakin ümumilikdə bu gün digər xətlər üzrə də sərnişinlərimizi narahat edən çatışmazlıqların birdəfəlik həllinə nail olunması vacibdir. Bunun üçün də bildiyiniz kimi avtobus parkı yenilənir, xətlər optimallaşdırılır. Və çərçivədə bu cür narahatlıq doğuran hallara yol verən daşıyıcılarla bağlanan müqavilələrə xitam veriləcək”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »