Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın özünü öldürtmək üçün tutduğu killeri dəfələrlə döydü – aşiq olduğu üçün

İstanbul Pendikdə baş vermiş cinayət işinin detatalları ölkə mediasında maraq və heyrətlə qarşılanıb.

Bizimyol.info türkiyə mediasına istinadən xəbər verir ki, Anadolu Dövlət Prokurorluğunda hazırlanmış iddianaməyə əsasən, ibtidai sinif müəllimi olan İlkay Sivaslı özünü öldürməsi üçün sosial şəbəkələrdən killer axtarışına çıxıb. Sevgilisindən ayrılıan və onun üçün almış olduğu külli miqdarda kredit borcunun altında əzilən qadın sinir böhranları yaşayıb. Bir neçə dəfə özünü öldürməyə cəhd edib.

Mart ayının 24-də o Tanju Doğanla tanış olub və onlar arasında telefon danışıqları, yazşmalar başlayıb. İlkay Sivaslı Tanju Doğandan onu pul müqabilində öldürməsini xahiş edib və hətta onu razı salmaq üçün uzun müddət yalvarmalı olub. Nəhayət razılıq alanda qatil “səni necə öldürüm?” sualını verib. Səbəbkar isə “iplə boğ” deyə cavab verib.

“Onu boğmağa çalışdım. Lakin üzü qızaranda buraxdım, narahat oldum, qalxıb mənə bir şillə vurdu, sən bu işi bacarmayacaqsan deyə əsəbləşdi. Bu hadisədən sonra biz müddət görüşdük. Mən ona aşiq olduğum üçün ölməsini istəmirdim, vaz keçirməyə çalışırdım. Sonra Pendikdən birlikdə 2500 lirəyə tapança aldıq. Evlərinə getdik. Onu vurmağımı istədi. Razılaşmayınca yenə mənə əsəbləşib şillə vurdu. Çarpayıya uzanıb öldürməli olduğumu söylədi, son söz olaraq da mən ölmədən yanımdan getmə, öldüyümə əmin ol, sonra get dedi. Yastıq qoyub qarnına atəş açdım, sonra da evi tərk etdim”,- deyə Sivaslının qatili Doğanın müstəntiqə verdiyi ifadədə bildirlir.

Cinayətlə bağlı başladılmış məhkəmə işinə mərhumun səs yazıları daxil edilib. Səs yazıları və yazışmalarda Doğanın İlkay Sivaslıya aşiq olduğu, fikrindən vaz keçməsi üçün yalvardığın əks etdirən sübutlar yer alır. İndi məhkəmənin Doğan barəsində hansı qərarı verəcəyi gözlənilir.

İlhamə Rəsululova

Paylaş »
››› “Qarabağın bərpası 600 milyarda başa gələcək”
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› “Madam ki, Minsk Qrupu sirləri açır, mən də bir sirri açım”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› 120 min azərbaycanlının Rusiyadan deportasiyası hansı çətinliklərə yol açacaq...
››› Azərbaycanda qadın bacısını bıçaqladı
Son xəbərlər
Bütün xəbərlər »