Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
4 dəfə toy edib toya gəlməyən bəyin, uşaqla evdən qaçan gəlinlərin qaçış səbəbləri

Bərdə rayonunda qəribə “xeyir iş” görülüb. Rusiyada yaşayan oğlana anası 3 dəfə nişan aparıb toy edib, bəy toyuna gəlməyib, 3 qızı pərişan, travmatik bir halda buraxmaqla yetinməyən qaynana yenidən həmin “mətah” bəyə nişan aparıb. Bəy yenə də nişan məclisində iştirak etməyib.

Günahı bəydə axtarmayın, “gəlinim öz millətimdən olsun” deyib köhnə ənənələrdən neçə qızın arzuları, xəyalları bayasına yapışan anadadır. Ola bilsin ki, sonuncu qızı evinə aparmaq nəsib olacaq, ana halal süd əmmiş bir qızla oğlunu evləndirmək arzusunu reallaşdıracaq. Amma o halal süd əmmiş qızın taleyi necə olacaq? “ Ursiyət oğlanı” ilə evlənmiş, ömründə yaşadığı kənddən, küçədən başa bir yer görməmiş saf bir qızın dünyagörüşü ilə üzü üzlər görmüş bir kişinin aqibəti necə olacaq?

Xəyanət

Mən heç də Rusiyada yaşayan bəylərimizin pis olduğunu demirəm. Sadəcə illər uzunu fərqli psixologiya ilə yaşamış , başqa millətlərin qadınlarının fərqli dünyagörüşünə öyrəşmiş oğlanlarımızın gəlib azərbaycanlı qız almaqda iki məqsədləri olur. Ata ocağına gəlin gətirib o gəlini anasına atasına həyan etmək. Yəni bəy yenə Rusiyada işləyəcək evə pul göndərəcək, o gəlin də ata yurduna keşik çəkəcək. İldə bir dəfə də evə gəlib getməklə ər vəzifəsi bitmiş sayılacaq. İkinci məqsəd də el basqısıdır, yerli qız alsın , yerli qzlar namuslu olurlar tipində bir basqı. Hər iki halda uduzan tərəf qadın olur. Tanıdığım bir ailə var, ər artıq 30 ildir Rusiyada yaşayır, uşaqlarına maddi dəstək olur,bu danılmazdır. Amma qadınına həyat yoldaşıdırmı? Qadın deyir ki, ərim ildə bir dəfə gəlib bir ay qalıb gedir. O gələndə elə bilirəm evə yad adam gəlib, darıxıram, getməyini istəyirəm.

O ki qaldı qaçan gəlinlərə. Əslində evdən qaçan kişilər daha çoxdur. Amma olaylı hadisə kimi qabardılan həmişə qadınların qaçmasıdır. Çünki cəmiyyətimizdə kişinin ailə ilə bağlı etdiyi bütün addımlar məqbul sayılsa da qadının xətalarına göz yumulmur, bir səhvi nəinki özünün, bütün nəslinin damğasına çevrilir.

Əhməd Qəşəmoğlu

Sosioloq Əhməd Qəşəmoğlunun fikirnə görə, Azərbaycanda ailələrdə hazırda böyük fəlakət , aşınma yaşanmaqdadır və “ana uşaqlarını götürüb evdən qaçdı” xəbərləri bu sosial bəlanın, partlayışın ilk nümunələridir. “Əgər bir ölkədə evlənən hər 3 cütlükdən biri boşanırsa bu böyük fəlakət deməkdir. Bu o deməkdir ki, haqqında xəbər tutduğumuz faciəli ailələrin sayı daha çoxdur. Hansılardan ki, cəmiyyətin xəbəri yoxdur, dərdini içində çəkir”,- deyə o Bizimyol.info saytına bildirib.

“Sosiologiya elmi bu problemə cavab verir, hyəllinə yönəlir. Cəmiyyətdə humanitar siyasət aparılmalıdır Mənəvi dəyərlər əxlaqi dəyərlər həlledici rol oynamalıdır.Sovet dövlətini 70 ildə ayaqüstə saxlayan mənəvi dəyərlərə verilən üstünlük olub. Biz əslində məsələni səhv qoyuruq.

Qadınlara qarşı zorakılıq deyirik, amma iləyə qarşı faciə demirik. Əslində faciə tək qadının deyil, ailənin faciəsidir.Əgər boşanma 40 faiz daşıyırsa, deməli daxilidə gərginlik olan ailələrin sayı ikiqat artıqdır.Ailə məsələlərinə təxirəsalınmaz dövlət müdaxiləsi lazımdır. Sosial iş aparılmalıdır. Sahə müvəkkili kimi sahələr üzrə sosial işçilər çalışmalıdırlar. Müdaxilə imkanları olmalıdır. Qadınlara onun hüquqlarını öyrədirlər, amma kişiyə öyrətmirlər. Biz ümumilikdə ailəni maarifləndirməliyik. İnsanın davranışına 4 amil təsir edir. Birincisi fitrət, ikinci mühit, üçüncüsü aldığı informasiya və dördüncüsü üstünlük verdiyi dəyərlər. Bu dəyərlər insanı formalaşdırır. Bu dəyərləri düzgün təbliğ edən maarifləndirmə olmalıdır. Bu gün bizim seriallarımız çəkiilir, başqa dövlətlərdən oğurlanan ssenarilər əsasında. Bu olmaz, bu serialların özünün neçə ailənin dağılmasında rolu olub. Bu gün artıq Türkiyə bu tedensiyanı anlayıb, qan davasının, törə qanunlarının dəhşətli nəticələrini göz önünə çəkiən filmlər, seriallar yaratmaqla maarifləndirmə aparırı.

Dövlət fəaliyyət proqramı hazırlamalıdır. Yoxsa efirələrə çıxmış dəxilsiz adamların, müğənnilərin məsələhət verməsi ilə bu həll oluna bilməz.

Adət ənənə deyə qərar vermək düzgü deyil.Müasir dövrün tələbləri də var.

Cəmiyytin sosial idarə edilməsi yeni metodlar, yanaşmalar tələb edir. Müasir dünya buna diqqət edir bizdə isə bu kəskin problem kimi qarşıda durur”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »