Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Başqaları da bizə silah təklif edir, amma Moskva razı deyil”

Ermənistanın keçmiş baş naziri, “Respublika” partiyasının lideri Aram Sərkisyan Amulsaran qızıl yatağının işlənilməsinə dair neçə vaxtdır davam etməkdə olan mübahisələrdə hökumətin mövqeyinə haqq qazandırıb. Deyib ki, Ermənistan Azərbaycan kimi yaxşı silahlanmaq, İsrail silahları almaq üçün gərək öz dağ-mədən sənayesini inkişaf etdirsin. Bu, ətraf mühitə zərbə vursa belə.

Virtualaz.org xəbər verir ki, Aram Sərkisyan bu haqda Ermənistan İctimai Televiziyasına danışıb. Amulsaran qızıl yatağında hasilat işlərinin dayandırılması tələbi ilə yerli sakinlər və ətraf mühit fəalları neçə vaxtdır aksiyalar keçirir. Hesab edirlər ki, bu yatağın işlənməsi müalicəvi Cermuk bulaqlarının qurumasına, ətraf mühitə digər zərərlərin dəyməsinə gətirib çıxarar. Cermuk kurort şəhərindən 13 kilometr məsafədə yerləşən yataqda işlər 6 aydır ki, ekoloji ekspertiza üçün dayandırılıb, amma hökumət işlərin bərpa edilməsinə razılıq vermək istəyir. Çünki ekspertiza rəyinə əsasən yatağın işlənməsi ətraf mühitə ziyan vurmayacaq. Baş nazir Paşinyan ötən həftə etirazçılarla görüşsə də yatağın işlənilməsinə dair lisenziyanın ləğv edilməyəcəyini açıqlayıb.

Aram Sərkisyan belə hesab edir ki, Ermənistan iqtisadiyyatı üçün lokomotiv məhz dağ-mədən sənayesi olmalıdır. Və bu sahədə maksimal mümkün həddə məhsul hasil edilməlidir. Çünki Ermənistanda dağ metallurgiyasının inkişafı təhlükəsizlik məsələsi və Dağlıq Qarabağ problemi ilə birbaşa bağlıdır.

“Azərbaycan da neft hasil edib ekologiyasına ziyan vurur, amma əvəzində İsrail silahları, məsələn, pilotsuz təyyarələr alır. Hansı ki, onlar 2016-cı ilin aprel müharibəsində bizə problem yaratdılar”,-Sərkisyan bildirib.

“Respublika” partiyasının lideri qeyd edib ki, Ermənistan silahları Rusiyadan alır, üstəlik borca. Nəticədə Moskva hansı silahı təklif edirsə onu almağa məcburdur.

“Mən isə istəyirəm ki, bizim pulumuz olsun və əgər Rusiya bizə lazım olan silahı təklif etmirsə o zaman məsələn, İsrail silahlarını ala bilək. Axı bizə başqaları da silah təklif edir, üstəlik daha sərfəli şərtlərlə. Amma biz bunları ala bilmirik, çünki o zaman Moskva deyir ki, belə olanda biz bu və ya digər silah növünü almayacağıq”,-Aram Sərkisyan bildirib.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »