Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qəhrəman ana”nın işığının kəsilməsi ilə bağlı “Azərişıq”dan açıqlama

Yardımlı rayonu Honuba kənd sakini, 11 uşaq anası Sərməgül Rəsulovanın mənzilinə 1 aydır elektrik enerjisinin verilməməsi ilə bağlı “Azərişıq” ASC-dən açıqlama verilib.

“Azərişıq”ın Bizimyol.info-nun sorğusuna verdiyi cavabda bildirilib ki, işığın kəsilməsinə səbəb sayağca müdaxilənin edilməsi olub.

Azerishiq

“İtirilmiş sərfiyyat üçün akt yazılıb. Həmin mənzilə elektrik enerjisinin verilişi bərpa edilib”,-deyə “Azərişıq” ASC-nin mətbuat katibi Tanrıverdi Mustafayev bildirib.

Sosial şəbəkədə yayılan məlumata görə, 11 uşaq anası Sərməgül Rəsulovanın “Qəhrəman ana” statusu var.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »