Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: “Ölkəmizdə hələ də keyfiyyətli benzinin istehsalı təmin olunmayıb”

Baş nazir Novruz Məmmədovun imzaladığı müvafiq qərara əsasən, Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin, 95-dən az oktan ədədi ilə avtomobil benzini növləri üçün gömrük rüsumu 15-dən 0 faizə endirilib.

Bu qərar 2019-cu il sentyabrın 1-dən tətbiq olunur və 90 gün müddətində qüvvədədir. 3 ay müddətində tətbiq olunması nəzərdə tutulan bu qərarın verilməsi səbəbi nədir. Bizimyol.info-nun bu sualının cavabını iqtisadçı ekspert Natiq Cəfərli cavablayır.

Natiq Cəfərli Natiq Cəfərli

Ekspert benzinin rüsumunun ləğv olunmasını Azərbaycandakı zavodların köhnəlməsi ilə əlaqələndirib, bunun qiymətlərin yanvar ayına qədər sabit saxlanılması məqsədi daşıdığını qeyd edib. “Əslində bu ilk dəfə atılan addım deyil. üsumun ləğv olunmasının səbəbi odur ki yerli istehsal daxili tələbatı ödəmək üçün yetərli deyil. Azərbaycanın neftayırma zavodları köhnəlib. Əsası 70-ci illərdə qoyulmuş zavodlardır, bir çoxlarıda rekonstksiya işləri aparılmalıdır.Ona görə 92 markalı benzini xaricdən almalı oluruq, 95 markalı benzin isə Azərbaycanda ümumiyyətlə istehsal olunmur. Bu da suallar yaradır. Niyə neft ölkəsi kyfiyyətli neftin istehsalını təmin etmir?

Düşünmək üçün kifayət qədər ciddi bir mövzudur.İki yol var idi. Ya xaricdən alınan (əsasən də Rusiyadan alınır) gömrük rüsumuna endirim olmasaydı qiyməti qaldırmalıydılar ya da istehsalı artırmalıdırlar. Buna görə bu günki qərar qiymətin dəyişməməsi üçün atılan addım oldu.

Bu əslində problemi üzə çıxardı.150 illik neftçıxarma təcrübəsi olan və dünyada sənaye üsulu ilə neft çıxaran ilk ölkə olmağımza baxmayaraq, bu günə qədər keyfiyyətli benzinin istehsalı ilə bağlı problem həllini tapmayıb. Məncə keyfiyyətli benzin istehsal etmək xam neft satmaqdan daha gəlirli ola bilərdi. Benzinin rüsumunun endirilməsinə səbəb qiymətlərdə tənzimləməni təmin etməkdir”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »