Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik dövlət qurumlarında 3,3 milyonluq yeyinti faktları aşkarlayıb

Azərbaycan Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar nəticəsində məlum olub ki, dövlət büdcəsindən artıq və əsassız olaraq 3 281 270 manat ödəniş olub.

Nazirliyin məlumatına əsasən, yoxlamalar 1 yanvar 2016-cı il - 27 may 2018-ci il tarixlərini əhatə edib.

Maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması nəticəsində əsassız xərclənən 3 281 270 manat geri qaytarılıb.

Nəzarət tədbirlərinin aparılması üçün əsas Dövlət Təhlükəsizliyi Xidmətinin məktubu və Xidmətin İstintaq Baş İdarəsinin qərarı olub.

Bundan başqa, Səhiyyə Nazirliyinin Mingəçevir Tibb Kollecində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin yoxlanılması zamanı 19 240 min manat vəsaitin əsassız olaraq xərcləndiyi aşkar edilib.

Paylaş »
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »