Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadına qarşı cinayət törədən qardaşların məhkəməsi başlayır

Bakıda qadına qarşı quldurluq etməkdə təqsirləndirilən qardaşlar - Ruslan Həsənzadə və Nurlan Həsənzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin may ayında baş verib. İttihama görə, təqsirləndirilən şəxslər Binəqədi rayonu A.Kunanbayev küçəsi 22 ünvanında paytaxt sakini Xavər Əhmədovaya qarşı quldurluq edib. Onlar qadına binanın girişində hücum edərək onu bıçaqla qorxudub boynundakı 40 qramlıq qızıl boyunbağısını ələ keçiriblər. Nurlan Həsənzadə və qardaşı Ruslan qısa zamanda polis tərəfindən saxlanılaraq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar qadını paytaxtda yerləşən iri ticarət mərkəzlərindən birində gördükdən sonra onu izləməyə başlayıblar. Binəqədi rayonu ərazisində isə ona quldur basqını edərək qızıl boyunbağısını ələ keçiriblər.(report)

Son xəbərlər
Bütün xəbərlər »