"Bizimyol.info"nun xarici KİV-ə istinadən məlumatına görə, ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emanuel Makron tribunadan jurnalistlərin suallarını cavablandırıb. Jurnalistlərdən biri Trampa Amerikada satılan Fransız şərablarının aksiz vergisi haqqında sual verib. Trampın cavabı isə hərkəsi təəccübləndirib.
-"ABŞ və Fransa arasında vergilər haqda razılaşma imzalandığını təsdiqləyirsinizmi?"
-"Mən birinci xanımın Fransız şərabını sevdiyini təsdiqləyirəm. Bəli, o sizin şərabları çox sevir. Bunun üçün sizə təşəkkür edirəm".
Fransa dövlət başçısı Makron Trampın "incə" zarafatına gülsə də, Melaniya Trampın üz cizgiləri bir qədər dəyişib. Konfrans boyunca gülümsəyən xanım həyat yoldaşının bu zarafatına heç bir reaksiya verməyib.
Adelya