Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kərgədan maşına hücum edərək onu üç dəfə aşırıb - Video
Almaniyada qəzəbli kərgədan heyvan baxıcısının içərisində olduğu maşına hücum edərək, onu bir neçə dəfə aşırıb. Nəticədə qadın əməkdaş kəllə-beyin travması alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı yerli "Bild" qəzeti məlumat yayıb.

Hadisə Aşağı Saksoniya torpağının Hodenhagen kommunasındakı Serengeti təbiət parkında qeydə alınıb. Qadın maşını astaca Kuzini ləqəbli kərgədanın üzərinə sürərək, onu tövləyə salmağa çalışıb. Lakin heyvan avtomobilə hücum edib və başı ilə ona zərbə endirərək maşını bir neçə dəfə aşırıb. O, bundan sonra da maşına zərbələri davam etdirib.

Parkın başqa bir avtomobildə olan əməkdaşı baş verənləri videoya çəkib.

Qadın yalnız kərkədan sakitləşdikdən sonra maşından çıxa bilib.

Park rəhbərliyinin məlumatına görə, Kuzininin 30 yaşı var, o, Serengetidə artıq yarım ilə yaxındın qalır, lakin bu yerə heç cürə alışa bilmir. Heyvan volyerdən səhər və axşam saatlarında bayıra buraxılır. Kuzininin zooparka veriləcəyi istisna edilmir.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »