Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Depardyeyə Minsk yaxınlığında torpaq bağışladı

Məşhur fransız aktyor Jerar Depardye bundan sonra Belarusda yaşaya biləcək. Ölkə prezidenti Aleksandr Lukaşenko ona Minsk yaxınlığında torpaq sahəsi bağışlayıb.

Bizimyol.info xəbər verir ki, Depardyenin Belarusda ev tikmək arzusu həyata keçir. Məşhur fransıza bağışlanan 15 sot ərazi paytaxtın yaxınlığındakı Laporoviçi kəndində yerləşir.

Depardye həmin ərazini 99 illik icarəyə götürüb. Bunun üçün ildə 132,96 Belarus rublu (təxminən 65 dollar) ödəyəcək.

Depardye Laporoviçi kəndində biatlonist Darya Domraçeva ilə qonşu olacaq. Fransız aktyor Belarusda yaşamaq arzusunu bildirəndən bir az sonra Lukaşenko ona səfalı kənddə yer ayırmağı tapşırıb.

Jerar 2013-cü ildə Rusiya vətəndaşlığı almışdı.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »