Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məhbus dövlətin hesabına həbsxanada cinsini dəyişir

ABŞ-da Federal Apelyasiya Məhkəməsi Aydaho ştat hökumətinin qarşısında qəribə öhdəlik qoyub. Ştat rəhbərliyi transgender məhbusun cinsini dəyişmək xərclərini çəkməlidir.

Bizimyol.info xəbər verir ki, Adri Edmo dünyaya kişi gəlib. Amma zamanla qadın olmaq qərarı verib. Bunun üçün özü cəhdlər də edib. Bir neçə dəfə özünə fiziki xəsarət yetirib, cinsi orqanından qurtulmaq istəyib. Məhkəmə məhbusun mənəvi işgəncə çəkdiyini, ABŞ konstitusiyasının insanların yalnız törətdiyi cinayətə görə cəza çəkməli olduğunu dediyini bildirir.

Beləcə, ABŞ tarixində ilk dəfə bu cür qərar çıxarılıb. Respublikaçı Aydaho qubernatoru şoka düşdüyünü gizlətməyib. Bred Littl deyib ki, vergiödəyicilərinin pullarını belə şeylərə xərcləmək olmaz. Onun fikrincə, məsələ Ali Məhkəməyə gedib çıxmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »