Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistan hökuməti bankomatların qarşısına yığışanları həbs edir

Türkmənistan hökuməti bankomatların qarşısındakı uzun növbələrdən narahatdır. Həmin növbələri dağıtmağa çalışırlar.

Bizimyol.info xəbər verir ki, Lebap vilayətində hətta bankomatın qarşısına yığışanları həbs etməyə başlayıblar. Onlar ən yaxşı halda sorğu-sual edilir, sonra evə buraxılır.

Bankomatların önündəki növbələrlə bağlı ayrı-ayrı müəssisələrdə iclaslar keçirilir. Orada adamlara növbə yaratmamaq tapşırılır.

Türkmən fəalların məlumatına görə, vəziyyət Türkmənistan Mərkəzi Bankına yeni rəhbər seçilməsindən sonra başlayıb. Bankomat qarşısındakı növbələr prezident Qurbanqulu Berdıməhəmmədovun heç xoşuna gəlmir. Onun fikrincə, adamlar sıxlıqda bankomatları sıradan çıxarır. Üstəlik, internetdə uzun növbələrin fotolarının peyda olması ürəkaçan deyil.

Türkmənistanda pensiyalar, məvaciblər, tələbə müavinətləri bank kartlarına köçür. İnsanlar bankomatdan pul çıxarmaq üçün saatlarla növbədə dayanır. Hətta gecə növbə tutanlar var.

Problem yayın əvvəllərindən yaranıb. Hökumət tarixdə ilk dəfə nağd pul çatışmazlığını etiraf edib. Mərkəzi Bankın rəhbəri Mərdan Annadurdıyevi bankomatlara lazımi nəzarət olmadığına görə işindən uzaqlaşdırıblar.

Hər adam gün ərzində bankomatdan maksimum 200 türkmən manatı (təxminən 57 dollar) çıxara bilər. Lebap vilayətində vəziyyət lap ağırdır. İki aydır bankomatlarda pul yoxdur. Adamlar Lebapdan Aşqabada kartlarını göndərir ki, pul çıxarıb geri yollasınlar. Bu halda məbləğin 10 faizini prosesi həyata keçirən şəxsə vermək lazım gəlir.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Arutyunyan Şuşaya gəldiyi iddia edilir: Terroçuların müəyyən hissəsi qaytarılacaq
››› “İsgəndər” raketlərini Azərbaycana Ermənistan atıb, yoxsa Rusiyanın özü...
››› Generaldan generala şikayət: “Deyir naxçıvanlıyam, mənə heç nə etməzlər”
››› Zelenski cəbhədə çətin anlar yaşadı - Video
››› Müstəntiqlər Moskvada qətlə yetirilən Əli Heydərovun ölümü ilə bağlı iki versiya irəli sürüb
››› “Qanuni oğru” Əli Heydərovu (“Albert Rıjiy”) güllələyən Taleh Orucovdur - Video
Son xəbərlər
Bütün xəbərlər »