Hazzaa əl-Mansuri Birləşmiş Ərəb Əmirliklərindən kosmosa yola düşən ilk insan olacaq. Ərəb astronavt Beynəlxalq Kosmik Stansiyada 16 eksperiment keçirəcək.
Bizimyol.info xəbər verir ki, səfər sentyabrın 25-də baş tutacaq. Beləcə, Hazzaa kosmosdakı elmi missiyada iştirak edən ilk ərəb kimi tarixə düşəcək.
Əl-Mənsurinin eksperimentləri çəkisizliklə bağlıdır. Bu işdə ona Beynəlxalq Kosmik Stansiyanın mütəxəssisləri kömək edəcək.